ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla razılaşma əldə etmək şanslarının azaldığını nəzərə alaraq, Tehranla aparılan danışıqların bir neçə həftəlik dayandırılmasına göstəriş verib.
Army.az xəbər verir ki, bu barədə “Al-Arabiya” məlumat yayıb.
Məlumata görə, Tramp administrasiyası İranın Hörmüz boğazında gəmilərə qarşı hücumları yenidən başlatmağa hazırlaşdığı və daha genişmiqyaslı əməliyyatlar həyata keçirə biləcəyi barədə məlumat əldə edib.
Mənbələr bildiriblər ki, Trampın komandası İrana qarşı tətbiq edilən iqtisadi təzyiq siyasətinin nəticə verməyəcəyi təqdirdə, Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi ehtimalını da nəzərdən keçirir.
