Səudiyyə Ərəbistanı “Şahed” tipli uzunmənzilli zərbə dronlarının istehsalına başlayır.
Army.az xəbər verir ki, layihə ABŞ-ın müdafiə startapı “Vector Defense” və Səudiyyə şirkəti “SR2 Defense Systems” arasında yaradılan SR2Vector çərçivəsində həyata keçirilir.
Riyad yaxınlığında inşa edilən zavodda “SKYWASP” adlı kamikadze dronların istehsalı planlaşdırılır. Bu pilotsuz aparatların 1500 kilometrədək uçuş məsafəsinə malik olacağı bildirilir.
Layihənin məqsədi Səudiyyə Ərəbistanının müdafiə və çəkindirmə imkanlarını gücləndirməkdir. Lakin istehsal həcmi və layihənin icra müddəti barədə hələlik rəsmi detallar açıqlanmayıb.
