“Rusiya özünü Çinin kiçik qardaşı hesab etmir”.
Army.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, Moskva özünü Pekindən asılı və ya ikinci dərəcəli tərəf kimi qəbul etmir:
“Vaxtilə Sovet İttifaqı Çinin sənayeləşməsinə və dövlət quruculuğunun bir sıra əsas sahələrinin formalaşmasına töhfə verib. Hazırda isə Çin bir sıra istiqamətlərdə, xüsusilə nəzəri və tətbiqi sahələrdə dünya liderləri sırasında yer alır”.
Lavrov Çinin nüvə sənayesinin formalaşmasında da Rusiyanın mühüm rol oynadığını vurğulayıb. O, iki ölkənin bir-birindən faydalandığını və qarşılıqlı şəkildə inkişaf etdiyini qeyd edib.
Rusiya XİN rəhbəri Moskva ilə Pekinin coğrafi yaxınlığına da diqqət çəkərək onları “dünyanın iki ən böyük və qonşu ölkəsi” adlandırıb.
