Ev Hərbi XəbərlərTokio silah istehsalının genişləndirilməsi üçün yeni strategiya hazırlayır

Tokio silah istehsalının genişləndirilməsi üçün yeni strategiya hazırlayır

by Baş Redaktor
20 Baxış

Yaponiya müdafiə sənayesinin inkişafını ölkənin iqtisadi yüksəlişinə töhfə verəcək əsas istiqamətlərdən birinə çevirməyi nəzərdə tutur.

Army.az xəbər verir ki, bu barədə Milli İctimai Televiziya məlumat yayıb.

Bildirilir ki, hökumətin yeni yanaşması ilin sonunadək təsdiqlənməsi planlaşdırılan təhlükəsizlik sahəsinə dair əsas strateji sənədlərdə əksini tapacaq.

Plan çərçivəsində müdafiə sənayesinin inkişafına dair ayrıca strategiyanın hazırlanması nəzərdə tutulur. Sənəd silah sistemlərinin layihələndirilməsi və istehsalının genişləndirilməsini, bu istiqamətdə dövlət və özəl sektorun maliyyə imkanlarının səfərbər olunmasını hədəfləyir.

banner

Bu məqsədlə Müdafiə Nazirliyi ilə İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin fəaliyyətini əlaqələndirəcək vahid idarəetmə mexanizminin yaradılması təklif edilir.

Kyodo agentliyinin yaydığı məlumata əsasən, müvafiq qərarın 2027-ci il oktyabrın 1-dən qüvvəyə minməsi gözlənilir.

Əlaqəli Yazılar Xüsusi