Ev Hərbi XəbərlərUkrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarının PUA obyektlərini vurub

Ukrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarının PUA obyektlərini vurub

by Baş Redaktor
9 Baxış

Ukrayna Müdafiə Qüvvələri sentyabrın 18-dən 19-na keçən gecə müvəqqəti işğal altında olan Donetsk və Zaporojye vilayətlərində Rusiya hərbi qüvvələrinin PUA-larla bağlı obyektlərini hədəfə alıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sosial şəbəkədəki rəsmi səhifəsində məlumat yayıb.

Məlumata görə, Donetsk vilayətinin Luqansk və Pokrovsk rayonlarında, həmçinin Zaporojye vilayətinin Volodymyrevka, Verbovoye, Novoprokopivka, Dobropillya və Rivnopillya ərazilərində pilotsuz uçuş aparatlarının idarə olunması üçün istifadə edilən məntəqələrə zərbələr endirilib. Novoprokopivka ərazisində iki belə obyektin vurulduğu bildirilib.

Bundan başqa, Zaporojye vilayətinin işğal altında olan Novopetrivka ərazisində yerləşən “Vostoçnı” təlim poliqonunun da zərbəyə məruz qaldığı qeyd olunub.

banner

Əlaqəli Yazılar Xüsusi