İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regionda yerləşən ABŞ hərbi bazalarına qarşı əməliyyatların “qəti qələbəyədək” davam etdiriləcəyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qurum Vaşinqtonu atəşkəs razılaşmasının şərtlərini pozmaqda ittiham edir.Bəyanatda qeyd olunub ki, iddia edilən pozuntudan sonra regiondakı Amerika hərbi obyektlərinə pilotsuz uçuş aparatları vasitəsilə altı dəfə zərbə endirilib.