Ev Hərbi XəbərlərNetanyahu: Bu dəfə cavab əvvəlkindən qat-qat güclü olacaq

Netanyahu: Bu dəfə cavab əvvəlkindən qat-qat güclü olacaq

by Baş Redaktor
36 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu İran tərəfindən mümkün hücum halında ölkəsinin əvvəlkindən daha sərt və genişmiqyaslı cavab verəcəyini bəyan edib.

Army.az xəbər verir ki, Netanyahu açıqlamasında İran rəhbərliyinə birbaşa müraciət edərək, İsrailə qarşı hər hansı addımın cavabsız qalmayacağını vurğulayıb.

“İran rəhbərliyinə mesajım aydındır: İsrailə hücum etsəniz, bunun nəticələrinin əvvəlki kimi olacağını düşünməyin”, – deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, mümkün yeni hücuma veriləcək cavab əvvəlki əməliyyatlardan əhəmiyyətli dərəcədə fərqlənəcək və daha güclü olacaq.

banner

Əlaqəli Yazılar Xüsusi