Ev Dünyaİran-Pakistan əlaqələri yeni mərhələdə: Tehran əməkdaşlığın genişləndirilməsini istəyir

İran-Pakistan əlaqələri yeni mərhələdə: Tehran əməkdaşlığın genişləndirilməsini istəyir

by Baş Redaktor
21 Baxış

Tehran və region ölkələri arasında diplomatik təmaslar davam edir.

Army.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

Nazirlik nümayəndəsinin sözlərinə görə, Pakistan ordusunun komandanının İrana səfəri Tehran-İslamabad münasibətlərinin son dövrdə sürətlə inkişaf etməsi fonunda baş tutub. O bildirib ki, iki ölkə arasındakı əlaqələr hazırda ən yüksək səviyyələrindən birindədir.

Sözçü qeyd edib ki, İran və Pakistan ortaq maraq və əlaqələrə əsaslanaraq ikitərəfli əməkdaşlığı müxtəlif sahələrdə daha da genişləndirmək niyyətindədir.

banner

İran XİN nümayəndəsi Oman nümayəndə heyətinin səfərinə də toxunub. Bildirib ki, Tehran və Maskat arasında ikitərəfli münasibətlərlə yanaşı, iki sahilyanı ölkə üçün xüsusi əhəmiyyət daşıyan regional məsələlər də müzakirə olunacaq.

Bu çərçivədə Hörmüz boğazının təhlükəsizliyi və dəniz nəqliyyatı marşrutlarının vəziyyətinin danışıqların əsas mövzularından biri olacağı gözlənilir.

Əlaqəli Yazılar Xüsusi