İran və Oman arasında Hörmüz boğazında təhlükəsizliyin təmin olunması ilə bağlı aparılması planlaşdırılan danışıqlar təxirə salınıb.
Army.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
Onun sözlərinə görə, buna ABŞ və İsrailin bölgədəki addımları və danışıqlara müdaxilə etməyə yönələn cəhdləri səbəb olub.
Bəqayi bildirib ki, Tehran və Maskat Hörmüz boğazının iki sahilində yerləşən ölkələrin hüquqlarının qorunmasını nəzərdə tutan mexanizm üzərində işləyir. Planın əsas məqsədlərindən biri isə ticarət gəmilərinin boğazdan təhlükəsiz və maneəsiz keçidini təmin etməkdir.
