Ev Hərbi XəbərlərErmənistanda ordu ilə bağlı qalmaqal: “Sonda kim xidmət edəcək?”

Ermənistanda ordu ilə bağlı qalmaqal: “Sonda kim xidmət edəcək?”

by Baş Redaktor
52 Baxış

Ermənistanda müxalif deputat hakimiyyəti ordunu “fəhlə-kəndli ordusu”na çevirməkdə ittiham edib.

Army.az xəbər verir ki, parlamentdəki “Ermənistan” fraksiyasının üzvü Geqam Manukyan bəzi kateqoriyadan olan şəxslərə hərbi xidmətdən möhlət verilməsi və ya onların xidmətdən azad olunması təşəbbüsünü tənqid edib.

Məsələ parlamentin Müdafiə Məsələləri Komitəsinin iclasında müzakirə olunub. Elm, təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan qanun layihəsini təqdim edərək, dünyanın ən yaxşı 50 universitetində təhsil alan və sonradan Ermənistan üçün strateji əhəmiyyət daşıyan müəssisə və sahələrdə çalışan şəxslərə hərbi xidmətdən möhlət və ya azadolma üçün nəzərdə tutulan yaş həddinin artırılmasını təklif edib.

Manukyan isə bu təşəbbüsün sosial bərabərsizliyi daha da gücləndirəcəyini bildirib. Onun sözlərinə görə, Nikol Paşinyan hökuməti əvvəlki hakimiyyətləri orduda əsasən aztəminatlı ailələrin övladlarının xidmət etməsinə görə tənqid etsə də, indiki qərarlarla oxşar vəziyyəti özü dərinləşdirir.

banner

Deputat fikrini istehzalı nümunə ilə əsaslandırıb:

“Sabah və ya birisi gün iqtisadiyyat naziri də analoji qanun layihəsi ilə çıxış edərək, “astronomik turizm”in inkişafı naminə “Miçelin” ulduzu qazanmış aşpazların hərbi xidmətdən azad edilməsini təklif edə bilər. Və bu, belə davam edə bilər. Belə olan halda orduda sonda kimin xidmət edəcəyi məlum deyil”.

Əlaqəli Yazılar Xüsusi