İran Fars körfəzi hövzəsində yeni təhlükəsizlik mexanizminin formalaşdırılması ilə bağlı bəzi qonşu ölkələrdən müraciətlər qəbul edib.
Army.az xəbər verir ki, bu barədə İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf açıqlama verib. Onun sözlərinə görə, Tehrana regionda təhlükəsizlik sahəsində yeni yanaşmaların hazırlanması ilə bağlı qonşu dövlətlərdən mesajlar daxil olub.
Qalibaf hesab edir ki, Fars körfəzi regionunda uzunmüddətli sabitliyin təmin olunması üçün təhlükəsizlik məsələlərinin bölgə ölkələrinin öz təşəbbüsü əsasında həll edilməsi vacibdir.
İran parlamentinin sədri sözügedən mesajların konkret olaraq hansı dövlətlərdən göndərildiyini açıqlamayıb.
