Ev Hərbi XəbərlərKubadan ABŞ-a sərt ittiham: “Müharibəyə zəmin hazırlanır”

Kubadan ABŞ-a sərt ittiham: “Müharibəyə zəmin hazırlanır”

by Baş Redaktor
145 Baxış

ABŞ Kuba xalqının kollektiv şəkildə cəzalandırılmasına və ölkəyə qarşı mümkün hərbi təcavüzə haqq qazandırmaq məqsədilə siyasi-informasiya kampaniyası aparır.

Army.az xəbər verir ki, bunu Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Qusman TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələri Kuba ilə bağlı ziddiyyətli açıqlamalar verir və ölkəyə qarşı informasiya kampaniyası aparırlar.

“ABŞ hökuməti Kuba xalqına qarşı tətbiq etdiyi, heç bir şəkildə haqq qazandırıla bilməyən kollektiv cəzaya və Kuba ərazisinə qarşı mümkün hərbi təcavüzə haqq qazandırmağa çalışır”, – deyə Kuba rəsmisi bildirib.

banner

Soberon Qusman ABŞ dövlət katibi, Ağ Ev sözçüsü və Dövlət Departamentinin digər nümayəndələrinin açıqlamalarını “açıq siyasi və media dezinformasiya kampaniyası” kimi qiymətləndirib.

Əlaqəli Yazılar Xüsusi