Ev TexnologiyaÇin ordusu ilk zərbədən sonra mövqeyini dəyişdi – səbəbi nədir?

Çin ordusu ilk zərbədən sonra mövqeyini dəyişdi – səbəbi nədir?

by Baş Redaktor
126 Baxış

Çin Xalq Azadlıq Ordusu sahilyanı müdafiə əməliyyatları çərçivəsində pilotsuz uçuş aparatları ilə dəstəklənən uzaqmənzilli raket-artilleriya zərbələrinin sınağını keçirib.

Army.az xəbər verir ki, bu barədə “Army Recognition” məlumat yayıb.

Məlumata görə, avqustun 6-da “China Military Online” tərəfindən yayımlanan görüntülərdə Çin Xalq Azadlıq Ordusunun 83-cü Qrup Ordusuna məxsus briqadanın PHL-03 300 mm çaplı reaktiv yaylım atəşi sistemi ilə hərəkətsiz dəniz hədəfinə qarşı təlim keçirdiyi əks olunub.

Təlim zamanı ön xətdə yerləşdirilən PUA-lar hədəfi müəyyənləşdirərək onun koordinatlarını komanda məntəqəsinə ötürüb. Daha sonra atəşə nəzarət bölməsi əldə olunan məlumatları emal edib və atəş tapşırığını raket-artilleriya bölməsinə göndərib.

banner

İlk zərbədən dərhal sonra buraxılış qurğuları mümkün əks-zərbə riskini azaltmaq üçün mövqelərini dəyişib. Yeni əmr aldıqdan sonra isə ikinci dəfə atəş açıblar.

Əlaqəli Yazılar Xüsusi