ABŞ və Ukrayna Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsal texnologiyalarının verilməsi imkanını müzakirə edir.
Army.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Törner CBS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, tərəflər Ukraynanın “Patriot” texnologiyalarına daha geniş çıxış əldə etməsi, bu sistemlərin istehsalını təşkil etməsi və ölkənin müdafiə sənayesi imkanlarını genişləndirməsi məsələsini nəzərdən keçirirlər.
Konqresmen qeyd edib ki, “Patriot” texnologiyalarının Ukraynaya ötürülməsi ilə bağlı danışıqlar davam edir.
“Bu məsələnin həlli çox çətindir”, – deyə Törner vurğulayıb.
