Ev Dünya5 ildən sonra ilk: Hindistan və Çin arasında mühüm addım atıldı

5 ildən sonra ilk: Hindistan və Çin arasında mühüm addım atıldı

by Baş Redaktor
15 Baxış

Hindistan və Çin 2020-ci ildən bəri ilk dəfə Natxu-La (Nathu-La) dağ keçidi vasitəsilə sərhəd ticarətini bərpa edib.

Army.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Məlumata görə, ticarətin bərpası 2020-ci ildə Qalvan vadisində baş vermiş toqquşmalardan sonra gərginləşən münasibətlərin tədricən normallaşdırılması istiqamətində növbəti addım hesab olunur.

Nəşr qeyd edir ki, son illərdə Pekin və Dehli arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində bir sıra diplomatik addımlar atılıb və sərhəd ticarətinin yenidən başlaması bu prosesin mühüm mərhələlərindən biri kimi qiymətləndirilir.

banner

Əlaqəli Yazılar Xüsusi