Ukrayna Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirmək üçün yeni uzaqmənzilli “kamikadze” pilotsuz uçuş aparatı hazırlayıb.
Army.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, bu barədə Ukraynanın “SkyFall” şirkətinin nümayəndələri bildiriblər.
Məlumata əsasən, yeni PUA-nın qanad açıqlığı təxminən 3,5 metrdir və aparat 600 kilometrədək məsafə qət edə bilər. Dronun seriya istehsalına yaxın aylarda başlanılması planlaşdırılır.
Bildirilir ki, yeni silah artıq döyüş bölgəsində sınaqdan keçirilir. Şirkətin digər P1-SUN pilotsuz uçuş aparatının sınaqlarının isə yekun mərhələyə çatdığı qeyd olunur.
