Ev Hərbi Texnologiyaİtaliyadan böyük müdafiə anlaşması: Airbus ilə yeni tanker razılaşması

İtaliyadan böyük müdafiə anlaşması: Airbus ilə yeni tanker razılaşması

by Baş Redaktor
17 Baxış

İtaliya Airbus “Defence and Space” ilə A330 MRTT (“Multi Role Tanker Transport”) tipli tanker-nəqliyyat təyyarələrinin tədarükünə dair 1,39 milyard avro dəyərində müqavilə imzalayıb.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Avropa İttifaqınin onlayn tədarük platformasında açıqlanan razılaşma 6 ədəd təyyarənin təhvil verilməsini və təxminən 10 illik inteqrə olunmuş logistika dəstəyini əhatə edir.

Yeni proqram Boeing KC-767 modelinin mərhələli şəkildə əvəzlənməsini nəzərdə tutur. Bu təyyarələr İtaliya Hərbi Hava Qüvvələrində 2011-ci ildən etibarən istifadə olunur.

banner

İtaliya müdafiə tədarük qurumunun sənədlərində bu layihə ölkənin kritik hərbi modernizasiya proqramları sırasında göstərilir və onun uzunmüddətli strateji əhəmiyyət daşıdığı qeyd olunur.

Əlaqəli Yazılar Xüsusi