Ev Ekspert rəyiRusiya: “Sarmat” raket sistemi istənilən nöqtəni vura bilər

Rusiya: “Sarmat” raket sistemi istənilən nöqtəni vura bilər

by Baş Redaktor
21 Baxış

“RS-28 Sarmat” dünyada analoqu olmayan silah kimi qiymətləndirilir.

Army.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik məlumat verib.

Onun sözlərinə görə, nüvə başlığı ilə təchiz edilə bilən “Sarmat” raket sistemi yüksək sürət və böyük dağıdıcı gücə malikdir və mövcud texnologiyalarla onun qarşısını almaq demək olar ki, mümkün deyil.

Kolesnik qeyd edib ki, bu tip silahların imkanları hazırda dünyada analoqu olmayan səviyyədədir və yaxın illərdə də belə bir sistemin yaranması gözlənilmir.

banner

Deputat əlavə edib ki, “Sarmat” dünyanın istənilən nöqtəsinə çata bilən məsafəyə malik olduğu üçün Qərb ölkələrində narahatlıq yaradır.

Onun sözlərinə görə, bu mövzu Rusiya və Belarus arasında keçirilən nüvə təlimləri fonunda beynəlxalq mediada da geniş müzakirə olunur.

Əlaqəli Yazılar Xüsusi