Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanın Avropa İttifaqında “assosiativ üzv” statusu alması ideyasına Aİ daxilində dəstək olmadığını bildirib.
Army.az xəbər verir ki, baş nazir mətbuat konfransında qeyd edib ki, bu təşəbbüslə bağlı hazırda Avropa İttifaqında belə bir qərarın qəbul olunması üçün siyasi mühit mövcud deyil.
Onun sözlərinə görə, üzvlük və ya xüsusi status məsələlərində əsas şərt müəyyən edilmiş kriteriyaların tam yerinə yetirilməsidir.
Fitso vurğulayıb ki, onun fikrincə bu ideya hazırkı mərhələdə Avropa İttifaqı tərəfindən dəstəklənmir.
