Ev Hərb tarixiVaşinqtondan gözlənilməz qərar: Tayvana silah tədarükü dayandırıldı

Vaşinqtondan gözlənilməz qərar: Tayvana silah tədarükü dayandırıldı

by Baş Redaktor
25 Baxış

ABŞ administrasiyası Tayvana göndərilməsi nəzərdə tutulan təxminən 14 milyard dollarlıq silah paketinin icrasını müvəqqəti olaraq dayandırıb. Qərarın İran istiqamətində mümkün hərbi fəaliyyətə hazırlıq məqsədi daşıdığı bildirilir.

Army.az xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbər vəzifəsini icra edən Hanq Kao deyib.

O, Tayvana planlaşdırılan silah satışının niyə ləngidilməsi barədə suala cavab verərkən qeyd edib ki, Vaşinqton hazırda öz hərbi ehtiyatlarını prioritet hesab edir. Kao bildirib ki, ABŞ müəyyən silah sistemlərinin satışını artıq həyata keçirib, lakin hazırkı mərhələdə əsas məqsəd “Epik qəzəb” əməliyyatı üçün kifayət qədər sursat və texnikanın mövcudluğunu təmin etməkdir.

Rəsmi əlavə edib ki, ABŞ ordusunun ehtiyatları yetərlidir, lakin administrasiya mümkün riskləri nəzərə alaraq bütün zəruri resursların tam hazır vəziyyətdə olmasına çalışır.

banner