Ev DünyaNeft şoku təhlükəsi: 2008-ci il böhranı təkrarlana bilər

Neft şoku təhlükəsi: 2008-ci il böhranı təkrarlana bilər

by Baş Redaktor
35 Baxış

Hörmüz boğazında gəmiçiliyin avqust ayına qədər tam bərpa olunmaması qlobal iqtisadiyyat üçün ciddi risklər yarada bilər. Analitiklər hesab edirlər ki, hadisələrin mənfi istiqamətdə inkişafı 2008-ci ilin maliyyə böhranına bənzər iqtisadi tənəzzülə səbəb ola bilər.

Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Şirkətin əsas ssenarisinə görə, boğazda naviqasiya iyul ayında normallaşacaq. Bu halda belə, dünya üzrə neftə ümumi tələbatın gündəlik 2,6 milyon barel azalacağı, “Brent” markalı neftin isə bir barelinin 130 dollara qədər yüksələcəyi proqnozlaşdırılır.

Ekspertlər daha ağır ssenarinin də mümkün olduğunu bildirirlər. Belə ki, gəmiçiliyin bərpası avqusta qədər yubansa, ilin üçüncü rübündə gündəlik neft çatışmazlığı 6 milyon barelə çata bilər.

banner

Analitiklərin fikrincə, mövcud iqtisadi şərait əvvəlki iri böhran dövrləri ilə müqayisədə nisbətən daha sabit görünsə də, enerji qiymətlərinin uzun müddət yüksək qalması qlobal maliyyə sistemindəki zəif nöqtələri daha da dərinləşdirə bilər.

Əlaqəli Yazılar Xüsusi