Belarus dövlət sərhədinin pozulacağı təqdirdə buna bütün hərbi imkanları ilə cavab verəcəyini bəyan edib.
Army.az xəbər verir ki, bu barədə Belarus xarici işlər nazirinin müavini İqor Sekreta məlumat verib.
Onun sözlərinə görə, Prezident Aleksandr Lukaşenkonun müəyyən etdiyi əsas “qırmızı xətt” ölkənin dövlət sərhədidir.
“Sərhəd icazəsiz və ya təcavüz xarakterli şəkildə keçilərsə, buna bütün potensialımızla cavab verəcəyik. Ukraynalı qonşularımız bunu yaxşı bilir”, – deyə Sekreta bildirib.
