Belarus Avropa İttifaqı ölkələri ilə müntəzəm təmaslarını davam etdirdiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Belarus xarici işlər nazirinin müavini İqor Sekreta məlumat yayıb.
Diplomatın sözlərinə görə, son vaxtlar Belarus və Avropa tərəfi arasında bir neçə raund danışıqlar keçirilib və bu cür görüşlər müntəzəm xarakter daşıyır.
Sekreta bildirib ki, danışıqlarda yalnız iqtisadi əməkdaşlıq və sanksiyalar deyil, həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə olunur.
