Ev DünyaRusiya : Ermənistanın üzvlüyü dayandırılacaq

Rusiya : Ermənistanın üzvlüyü dayandırılacaq

by Baş Redaktor
24 Baxış

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, ekspertlər dekabr ayına qədər Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünün mümkün dayandırılmasının iqtisadi və hüquqi nəticələrini qiymətləndirəcəklər.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qaluzin xatırladıb ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin son birgə bəyanatında Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımların Aİİ üzvlərinin iqtisadi təhlükəsizliyi üçün risklər yarada biləcəyi qeyd olunub.

Onun sözlərinə görə, dörd ölkənin liderləri Ermənistanın Aİİ-də iştirakının mümkün dayandırılmasının nəticələrinə dair ətraflı hesabat hazırlanmasını tapşırıblar.

banner

Qaluzin vurğulayıb ki, mütəxəssislər həm iqtisadi, həm də hüquqi aspektləri təhlil edəcək və yekun nəticələr onların hazırlayacağı hesabatdan sonra məlum olacaq.

Əlaqəli Yazılar Xüsusi