“Rusiyanın bu gecə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində Kiyev vilayətinin Puxivka kəndində bir ailənin üç üzvü – baba, nənə və 3 yaşlı nəvə həlak olub”.
Army.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Dövlət başçısının sözlərinə görə, daha dörd nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib:
“Rusların bunu bilməməsi mümkün deyildi”.
O əlavə edib ki, Kiyevdə mülki infrastruktura 6 ballistik raketlə zərbə endirilib və ilkin məlumata görə, bir nəfər həlak olub.
Zelenskinin sözlərinə görə, Donetsk, Xarkov, Sumı, Dnepropetrovsk, Zaporojye, Odessa, Xerson, Nikolayev, Çerniqov və Poltava vilayətləri də atəşə tutulub.
Ukrayna Prezidenti bildirib ki, Avropa, ABŞ və Ukrayna müharibənin dayandırılmasını istəyir, lakin Rusiya Prezidenti Vladimir Putin döyüşləri davam etdirir.
