Ev DünyaPaşinyan “Tramp Marşrutu” ilə bağlı tarix verdi: “Yaxın vaxtlarda başlayırıq”

Paşinyan “Tramp Marşrutu” ilə bağlı tarix verdi: “Yaxın vaxtlarda başlayırıq”

by Baş Redaktor
108 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilən üçtərəfli sammitin ölkəsini “dalandan çıxardığını” və yeni perspektivlər açdığını bildirib.

Army.az xəbər verir ki, Paşinyan bu barədə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqton görüşünün birinci ildönümü münasibətilə yayımladığı müraciətində danışıb.

“8 avqust 2025-ci ilə qədər dövlətimiz dalanda idi, avqustun 8-dən sonra isə qarşımızda hüdudsuz perspektivlər açıldı. Onlardan istifadə edib-etməyəcəyimiz kollektiv iradəmizdən asılıdır”, – deyə Paşinyan bildirib.

O, Vaşinqton sammitinin əsas nəticələrindən biri kimi “Tramp Marşrutu” (TRIPP) layihəsini göstərib.

banner

“Yaxın vaxtlarda biz TRIPP-in praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisə olacaq”, – deyə Ermənistanın Baş naziri əlavə edib.

Əlaqəli Yazılar Xüsusi