Ev DünyaErmənistan hakimiyyətindən qalmaqallı addım: öz diasporunu kənarda qoydu

Ermənistan hakimiyyətindən qalmaqallı addım: öz diasporunu kənarda qoydu

by Baş Redaktor
27 Baxış

Fransada Ermənistanın yeni səfirlik binasının açılış mərasimi keçirilib. Tədbirdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barrot iştirak edib.

Army.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, tədbirə Fransadakı erməni icmasının bir sıra nüfuzlu nümayəndələri dəvət olunmayıb. Fransa erməni təşkilatlarının koordinasiya şurasının həmsədrləri Ara Toranyan və Murad Papazyan, Fransa erməni yeparxiyasının rəhbəri Qriqor yepiskop Xaçatryan və digər tanınmış ermənilər olmayıb.

Məlumata əsasən, açılış mərasimində isə Ermənistan rəsmiləri və onların yaxın çevrəsi iştirak edib. Nəşr bu yanaşmanın ölkə daxilində narazılıq doğurduğunu vurğulayır.

banner

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment