Ev Hərbi XəbərlərUkraynaya rekord hücum: yüzlərlə pilotsuz aparat işə salındı

Ukraynaya rekord hücum: yüzlərlə pilotsuz aparat işə salındı

by Baş Redaktor
31 Baxış

Gecə saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı genişmiqyaslı dron hücumu həyata keçirib.

Army.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Bildirilir ki, ümumilikdə 163 zərbə PUA-sı istifadə olunub ki, onların təxminən 100-ü “Şahed” tipli olub.

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən verilən ilkin məlumatlara əsasən, saat 08:00-a qədər 142 pilotsuz aparat məhv edilib və ya zərərsizləşdirilib.

banner

Hücumlar nəticəsində 12 fərqli ərazidə 17 dronun hədəfə çatdığı, əlavə olaraq 2 məkanda vurulan PUA-ların qalıqlarının düşdüyü bildirilib.

Hazırda hücumun davam etdiyi və Ukrayna hava məkanında hələ də bir neçə dronun olduğu qeyd olunur.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment