Ev DünyaRusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub

by Baş Redaktor
12 Baxış

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, Ukrayna əsirliyində olan 185 rusiyalı hərbçi ölkəsinə qaytarılıb.

Bunun müqabilində Rusiya tərəfi də 185 ukraynalı hərbçini Kiyevə təhvil verib.

banner

Beləliklə, tərəflər arasında mübadilə “185-in 185-ə” formatında baş tutub. Mübadilənin digər detalları barədə əlavə məlumat verilməyib.

Əlaqəli Yazılar Xüsusi