Ev ÖlkəBeş azərbaycanlının öldüyü hücumun yeni kadrları ortaya çıxdı

Beş azərbaycanlının öldüyü hücumun yeni kadrları ortaya çıxdı

by Baş Redaktor
32 Baxış

Azov dənizində hücuma məruz qalan və nəticədə beş Azərbaycan vətəndaşının həlak olduğu gəmidən videokadrlar yayılıb.

Army.az xəbər verir ki, görüntülərdə pilotsuz uçuş aparatının zərbəsindən dərhal sonra baş vermiş güclü yanğın və gəminin aldığı zədələr əks olunub. Kadrlar ekipaj üzvləri tərəfindən çəkilib.

Bildirilir ki, dəniz dronlarının hücumuna məruz qalan gəmidə ümumilikdə 25 nəfər olub. Həlak olanlarla yanaşı, daha üç nəfər yaralanıb və tibbi yardım göstərilməsi üçün Yeysk şəhər xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) Pilotsuz Sistemlər Qüvvələrinin (PSQ) komandanı, “Madyar” ləqəbli Robert Brovdi Azov dənizi akvatoriyasında gəmilərə zərbələr endirildiyini təsdiqləyib.

banner

Əlaqəli Yazılar Xüsusi