Ermənistanın ikinci Prezidenti Robert Köçəryan ölkənin gələcəyi ilə bağlı məsuliyyət götürməyə hazır olduğunu bəyan edib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
O, bildirib ki, təhlükəsizlik, dövlət idarəçiliyi və vəzifədən ayrıldıqdan sonra iri biznes sahəsində fəaliyyət baxımından onun malik olduğu təcrübənin analoqu ölkədə yoxdur:
“Topladığım bilik və təcrübəni, eləcə də vaxtımı və enerjimi Ermənistanın inkişafına sərf etməyə hazıram”.
O, həmçinin rəhbərlik etdiyi komandanın peşəkar, savadlı və cəsarətli insanlardan ibarət olduğunu vurğulayaraq, bu heyətin ölkəni irəli aparmaq potensialına malik olduğunu qeyd edib.
