Türkiyənin keçmiş xarici işlər naziri və hazırda millət vəkili Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu silahlı hücuma məruz qalıb.
Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Aydın Çavuşoğlu dünən axşam saatlarında ofisində güllələnib. Hücumdan sonra o, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Hazırda onun reanimasiya şöbəsində müalicəsi davam edir və vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin motivləri və hücum edən şəxslə bağlı rəsmi istintaq aparılır.
