37
Ukrayna Rusiyanı elan olunmuş atəşkəsi pozmaqda ittiham edib.
Army.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa məlumat verib.
Onun sözlərinə görə, Moskva Kiyevin 6 may gecəyarısından etibarən tətbiq etdiyi “sükut rejimi”ni və döyüşlərin dayandırılması ilə bağlı çağırışları nəzərə almayıb.
Sibihanın bildirdiyinə görə, gecə saatlarında Ukrayna ərazisi 108 pilotsuz uçuş aparatı və 3 raketlə hücuma məruz qalıb.
