“Start-1M” konversiya raketinin 2027-ci ildə Vostoçnı kosmodromudan buraxılması planlaşdırılır.
Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, qitələrarası ballistik Topol raketi bazasında hazırlanmış bu daşıyıcı 200–1500 km yüksəklikdə orbitlərə 150–700 kq kütləyə malik kosmik aparatları çıxarmaq imkanına malik olacaq.
Yeni raketin əsas üstünlükləri kimi sürətli start hazırlığı, aşağı maya dəyəri, yüksək etibarlılıq və artıq mövcud infrastrukturdan istifadə imkanları göstərilir.
