Ukrayna Müdafiə Qüvvələri Rusiyanın hərbi və hərbi-logistika infrastrukturuna aid bir sıra obyektlərə zərbələr endirib.
Army.az xəbər verir ki, bu barədə RBK-Ukrayna ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.
Baş Qərargahın açıqlamasına görə, əməliyyat zamanı Qara dənizdə iki Rusiya tankeri, həmçinin Azov dənizində yerləşən üzən kran hədəfə alınıb.
Məlumatda qeyd olunur ki, vurulan tankerlər Rusiya Silahlı Qüvvələrinin ehtiyacları üçün neft məhsulları və yanacaq daşınmasında istifadə edilirdi. Hədəfə alınan üzən kran isə liman əməliyyatlarının həyata keçirilməsini, yüklərin daşınıb-boşaldılmasını təmin etməklə yanaşı, Rusiya ordusunun dəniz logistikası üçün dəstək funksiyası yerinə yetirirdi.
