Ev Hərbi XəbərlərHörmüzdə gizli ABŞ əməliyyatı: 4 ay davam edib

Hörmüzdə gizli ABŞ əməliyyatı: 4 ay davam edib

by Baş Redaktor
7 Baxış

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında dörd ay davam edən gizli minatəmizləmə əməliyyatı həyata keçirib.

Army.az xəbər verir ki, bu barədə “Financial Times”ı məlumat yayıb.

Bildirilib ki, ABŞ ilə İran arasında bölgədə hərbi qarşıdurma davam etdiyi vaxt Vaşinqton paralel olaraq boğazda təhlükəli mina təhdidinin aradan qaldırılması üçün xüsusi əməliyyat aparıb.

Məlumata əsasən, missiya əsasən gecə saatlarında həyata keçirilib. Əməliyyata ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dalğıcları, robotlaşdırılmış katerlər və sualtı aparatları cəlb olunub.

banner

Bu vasitələrdən istifadə etməklə boğazın əsas gəmiçilik marşrutlarında yerləşdirildiyi bildirilən minaların aşkarlanması və zərərsizləşdirilməsi həyata keçirilib.

Əlaqəli Yazılar Xüsusi