Ev DünyaSemerudan güclü püskürmə: Əraziyə giriş qadağan edildi

Semerudan güclü püskürmə: Əraziyə giriş qadağan edildi

by Baş Redaktor
20 Baxış

İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanında püskürmə baş verib.

Army.az xəbər verir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı yaranan kül buludu vulkanın zirvəsindən təxminən 1 kilometr yüksələrək dəniz səviyyəsindən 4 676 metr hündürlüyə çatıb.

Püskürmənin ardından tünd-boz rəngli kül kütlələri şərq istiqamətində yayılıb. Vulkanın fəaliyyəti ərazidə qızmar süxurların və daş parçalarının atılması riskini də artırıb.

banner

Təhlükəsizlik məqsədilə Semerunun kraterindən 5 kilometr məsafədə insanların, o cümlədən turistlərin və yerli sakinlərin olmasına icazə verilmir.

Əlaqəli Yazılar Xüsusi