İrana qarşı istənilən hücum bundan sonra daha sürətli və daha ağır cavabla qarşılanacaq.
Army.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf parlamentin iclasında çıxışı zamanı bildirib.
Qalibafın sözlərinə görə, ABŞ ordusunun bazalarına endirilən son zərbələr yalnız başlanğıc olub. O, Vaşinqtonun İranla bağlı “oyun qaydalarının dəyişdiyini” anlamalı olduğunu vurğulayıb.
“Amerikalılar mütləq başa düşüblər ki, təmkinli cavablar dövrü başa çatıb. Bundan sonra İranın maraqları və təhlükəsizliyinə qarşı hər hansı təcavüz daha sürətli və daha ağır cavabla qarşılanacaq”, – deyə Qalibaf qeyd edib.
O əlavə edib ki, İran bundan sonra öz təhlükəsizliyinə və maraqlarına qarşı yönələn hər hansı addıma əvvəlkindən daha sərt şəkildə cavab verəcək.
