ABŞ Prezidenti Donald Tramp ölkənin enerji sisteminə xaricdən yarana biləcək təhlükələr fonunda fövqəladə vəziyyət elan edib.
Army.az xəbər verir ki, bununla bağlı sərəncam Ağ Evin rəsmi saytında yayımlanıb.
Sərəncamda xaricdən elektrik enerjisi sistemləri üçün avadanlıqların tədarükünün ABŞ-ın milli təhlükəsizliyi, iqtisadiyyatı və xarici siyasəti baxımından ciddi risk yaratdığı bildirilir.
Tramp qeyd edib ki, sözügedən təhlükələr əsasən ABŞ ərazisindən kənar mənbələrdən qaynaqlanır. Onun sözlərinə görə, ölkənin elektrik şəbəkəsinin etibarlılığını və təhlükəsizliyini qorumaq üçün əlavə tədbirlərin görülməsi zəruridir.
Qərara əsasən, ABŞ elektrik şəbəkəsində istifadə olunan xarici istehsal avadanlıqlarının müəyyən növlərinin, kritik proqram təminatlarının və rəqəmsal komponentlərin satın alınmasına və quraşdırılmasına məhdudiyyətlər tətbiq olunur.
