Ev DünyaZaxarovadan Böyük Britaniyaya sərt xəbərdarlıq

Zaxarovadan Böyük Britaniyaya sərt xəbərdarlıq

by Baş Redaktor
10 Baxış

Rusiya Böyük Britaniyanı eskalasiyaya səbəb ola biləcək siyasətdən geri çəkilməyə çağırıb.

Army.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlayıb.

Onun sözlərinə görə, Moskva özünümüdafiə hüququ çərçivəsində zəruri hesab etdiyi cavab tədbirlərini görmək imkanını özündə saxlayır.

Zaxarova bildirib ki, Ukraynanın Rusiya ərazisinə hücumlar həyata keçirməsi üçün istifadə olunan Britaniya hərbi obyektləri Moskva tərəfindən qanuni hədəf kimi qiymətləndirilə bilər.

banner

“Ukraynada Rusiya ərazisinə zərbələrin endirilməsində istifadə edilən istənilən Britaniya hərbi obyekti qanuni hədəf hesab olunur”, – XİN sözçüsü vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyi, həmçinin Böyük Britaniyanın Ukraynaya silah və pilotsuz uçuş aparatlarının tədarükünü artırmasına etiraz edib.

Əlaqəli Yazılar Xüsusi