Ev DünyaYunanıstanda neft emalı zavodunda partlayış: Xəsarət alanlar var

Yunanıstanda neft emalı zavodunda partlayış: Xəsarət alanlar var

by Baş Redaktor
165 Baxış

Yunanıstanda neft emalı zavodunda baş verən partlayış nəticəsində iki işçi xəsarət alıb.

Army.az xəbər verir ki, bu barədə “Katimerini” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə Afinadan təxminən 60 kilometr qərbdə, Aqioi-Teodoroi yaşayış məntəqəsində yerləşən zavodda baş verib.

“Motor Oil” şirkəti bildirib ki, xəsarət alan işçilər obyektdə aparılan genişmiqyaslı təmir işləri zamanı zərər görüblər. Onlar Korinf şəhərindəki xəstəxanaya yerləşdiriliblər.

banner

Partlayışın səbəbi və dağıntıların miqyası hələlik məlum deyil.

Əlaqəli Yazılar Xüsusi