ABŞ prezidentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni yaxın zamanda dayandırmaq niyyətində olmadığını bildirib.
Army.az xəbər verir ki, Kelloqun fikrincə, bu səbəbdən yaxın perspektivdə hərbi əməliyyatların başa çatacağına dair gözləntilər özünü doğrultmaya bilər.
“Ötən il bu vaxt müharibənin bir il ərzində sona çatacağını düşünürdüm. Lakin əsas problem Putinin müharibəni dayandırmaq istəməməsidir”, – deyə o bildirib.
Kelloq qeyd edib ki, Rusiya liderinin müharibəni dayandırmaq və ya ən azı döyüşləri dondurmaq üçün bir sıra imkanları olub. Buna baxmayaraq, Putin bu addımlardan heç birini atmayıb.
“Mən Putinə etibar etmirəm və düşünmürəm ki, hansısa nəticə əldə etdikdən sonra dayanacaq. O, irəliləməyə cəhd göstərəcək”, – Kelloq vurğulayıb.
