Ev DünyaRubinyan: “Artıq iki il yarımdır sərhəddə ölən və yaralanan yoxdur”

Rubinyan: “Artıq iki il yarımdır sərhəddə ölən və yaralanan yoxdur”

by Baş Redaktor
125 Baxış

Ermənistan parlamentinin spikeri Ruben Rubinyan Azərbaycan və Ermənistan arasında Vaşinqtonda Sülh Bəyannaməsinin imzalanmasının birinci ildönümü ilə bağlı sosial media hesabında paylaşım edib.

Army.az xəbər verir ki, Rubinyan paylaşımında iki ölkə arasında sülhün artıq bərqərar olduğunu bildirib.

Onun sözlərinə görə, bir il əvvəl Vaşinqtonda Sülh Bəyannaməsi imzalanarkən bir sıra skeptiklər sənədin real sülhə gətirib çıxaracağına inanmırdılar.

“Son bir il ərzində baş verənlər bunun əksini göstərdi. Artıq təkcə bir il deyil, iki il yarımdır sərhəddə atəş nəticəsində heç bir yaralı və ya ölən olmayıb”, – deyə Rubinyan bildirib.

banner

Spiker qeyd edib ki, Ermənistan nəinki blokada vəziyyətində qalmayıb, həm də onun sözlərinə görə, blokadadan çıxışın müsbət nəticələrini ilk əldə edən ölkə olub.

“Azərbaycan ərazisi vasitəsilə dünyaya dəmir yolu əlaqəsi əldə edib”, – deyə Rubinyan əlavə edib.

Əlaqəli Yazılar Xüsusi