Ev DünyaTramp: ABŞ və İran bu gün danışıqlar masasına əyləşəcək

Tramp: ABŞ və İran bu gün danışıqlar masasına əyləşəcək

by Baş Redaktor
38 Baxış

ABŞ və İran arasında danışıqlar bu gün günün ikinci yarısında keçiriləcək”.

Army.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Danışıqlar günün ikinci yarısında başlayacaq. Görək bunun nəticəsi olacaqmı. Mən belə bir nəticəni görməkdən məmnun olaram. Bu, çoxlu insanın həyatını xilas edər, həm də böyük miqdarda əlavə güc və resurs itkisinin qarşısını alar”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İran Vaşinqtondan İrana yeni zərbə endirməkdən çəkinməyi xahiş ediblər. Tramp qeyd edib ki, ABŞ hərbçiləri hücuma “sözün əsl mənasında həmin an” başlamağa hazır olsalar da, müttəfiqlər danışıqlara şans verilməsini istəyiblər.

banner

ABŞ Prezidenti iddia edib ki, artıq Hörmüz boğazı ilə bağlı razılıq əldə olunub və bundan sonra tərəflər İranın nüvə proqramını müzakirə etməyi planlaşdırırlar.

“Razılaşma formalaşır. Razılaşma çox yaxındır. Biz bunu istədiyimiz an həyata keçirə bilərik”, – deyə Tramp vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi