İsrailin keçmiş baş naziri və yenidən hökumət başçılığına namizəd Naftali Bennett hesab edir ki, İranla mübarizə yalnız onun regiondakı müttəfiq qruplarına qarşı deyil, birbaşa Tehran rəhbərliyinə qarşı aparılmalıdır.
Army.az xəbər verir ki, Bennettin sözlərinə görə, məqsəd “Hizbullah” və HƏMAS kimi təşkilatlarla deyil, onların arxasında dayanan İran rejimi ilə mübarizə aparmaq və nəticədə həmin rejimin devrilməsinə nail olmaq olmalıdır.
Keçmiş baş nazir bildirib ki, İsrailin İrana qarşı müəyyən etdiyi strateji hədəflər hələ reallaşmayıb və bu məqsədlərə çatana qədər əməliyyatlar davam etdirilməlidir.