Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiya ilə münaqişənin ölkə üçün gündəlik maliyyə yükünün 450 milyon dollar təşkil etdiyini açıqlayıb.
Army.az xəbər verir ki, Sibiqa bu barədə Qazaxıstanın “Ulysmedia” nəşrinə müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, müharibənin hər günü Ukraynaya təxminən 450 milyon dollara başa gəlir.
Sibiqa ölkə iqtisadiyyatının fəaliyyətini davam etdirməsinin Kiyev üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, məhz bu səbəbdən Ukraynada ərzaq qiymətlərinin artması hökumət üçün xüsusilə həssas məsələdir.
