Ukrayna Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenskinin mümkün görüşü üçün Qazaxıstan variantını nəzərdən keçirir.
Army.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Qazaxıstan mediasına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, iki ölkə liderinin Qazaxıstanda bir araya gəlməsi ehtimalı artıq müzakirə olunub. Kiyev Astananın bu prosesdə mühüm rol oynaya biləcəyini düşünür.
Sibiqa həmçinin Ukraynanın Qazaxıstanın sülh yolu ilə nizamlanma prosesində vasitəçilik səylərini müsbət qiymətləndirdiyini vurğulayıb.
