ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etmək planlarından demək olar ki, tamamilə əl çəkdiyini bildirib.
Army.az xəbər verir ki, Tramp bu barədə Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ lideri Tehranın nüvə silahı əldə etmək niyyətindən imtina etdiyinə əmin olduğunu deyib. İran hakimiyyəti isə dəfələrlə belə bir silah əldə etməyə çalışmadığını bəyan edib.
Tramp İranla bağlı qərar verməli olduğunu bildirib, lakin bunun nə ilə bağlı olduğunu açıqlamayıb. O, həmçinin İranın “məğlub edildiyini” iddia edib və İslam Respublikası ilə qarşıdurmanın “yaxşı və ya pis şəkildə” başa çata biləcəyini söyləyib.
