Ev DünyaEstoniya Baş nazirinin reytinqi rekord həddə enib

Estoniya Baş nazirinin reytinqi rekord həddə enib

by Baş Redaktor
118 Baxış

Estoniyanın Baş naziri Kristen Mixalın ictimai dəstək səviyyəsi iyun ayında 4 faizə enərək indiyədək qeydə alınan ən aşağı göstəricilərdən birinə çevrilib.

Army.az xəbər verir ki, bu, “Delfi”nin sifarişi ilə “Turu-uuringute AS” şirkətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əks olunub.

Araşdırmaya əsasən, Mixalın reytinqi may ayında 6 faizlə əvvəlki minimum səviyyəyə düşmüşdü. İyun ayında isə bu göstərici daha da azalaraq 4 faizə enib. “Estoniya 200” Partiyasının sədri Kristina Kallas da respondentlərin cəmi 4 faizinin dəstəyini qazanıb.

Sorğunun nəticələrinə görə, Baş nazirin reytinqindəki geriləmə onun rəhbərlik etdiyi İslahat Partiyasına dəstəyin də zəif qalması ilə əlaqələndirilir. Hazırda partiyanın dəstək səviyyəsi orta hesabla 12 faiz təşkil edir.

banner

Əlaqəli Yazılar Xüsusi