ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını daha da genişləndirməyə hazırlaşır. Vaşinqtonun planına əsasən, Tehranla maliyyə və digər əlaqələri olan qurumlara qarşı yeni sanksiyalar mütəmadi şəkildə, o cümlədən hər həftə tətbiq ediləcək.
Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
ABŞ-ın maliyyə naziri Skott Bessentin sözlərinə görə, ilk mərhələdə diqqət bank sektoruna yönəldilib. O bildirib ki, İranın maliyyə vəsaitlərinin saxlanılmasına və Tehran hakimiyyətinə maliyyə dəstəyi göstərilməsinə imkan verən qurumlar ABŞ-nin təzyiq tədbirlərindən kənarda qalmayacaq.
Bessent qarşıdakı dövrdə sanksiyaların əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənəcəyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ administrasiyası İranla əlaqəli strukturlara qarşı təzyiqi mərhələli şəkildə artırmaq niyyətindədir.
